“ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı son bəyanatı bir daha birmənalı şəkildə göstərdi ki, həmsədrlər yalnız işğalçını dəstəkləyir və işğala rəvac verirlər”.
Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.
B.Əliyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı onu göstərir ki, onlar heç vaxt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həllinə çalışmayacaqlar: “Onlar Azərbaycan ərazilərinin işğal edilməsi faktını, demək olar, inkar etdilər. Ona görə də Azərbaycan vətəndaşları artıq Minsk qrupunun həmsədrlərinə etmadsızlıq göstərirlər”.