Natiq Əliyev: Azərbaycanda elektrik enerjisi istehsalı özəlləşdirilməyəcək

Natiq Əliyev: Azərbaycanda elektrik enerjisi istehsalı özəlləşdirilməyəcək Azərbaycanda elektrik paylayıcı şəbəkənin işçi vəziyyətə gətirilməsi üçün 4 milyard dollar sərmayə lazımdır. Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərə deyib.

Enerji sektorunun özəlləşdirilməsi imkanlarına münasibət bildirərkən nazir qeyd edib ki, bu sahədə istehsal deyil, köməkçi və xidməti şirkət və müəssisələr özəlləşdirilə bilər.

Onun sözlərinə görə, SOCAR-ın özəlləşdirilməsi də mümkün deyil: “Mövcud elektrik paylayıcı şəbəkələrin dünya standartlarına cavab verməsi üçün 4 milyard dollar sərmayə qoymaq lazımdır. Özəlləşdirmə zamanı fiziki şəxslər belə sərmayələrin öhdəsindən çətin ki, gəlsin, buna görə də bunu ancaq iri şirkətlər edə bilər. Bu səbəbdən elektrik paylayıcı şirkət və istehsalçıların özəlləşdirilməsindən danışmaq hələ tezdir. Eyni zamanda elektrik enerjisi sahəsində yardımçı şirkətlər özəlləşdirilə bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO