Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Bağırov Şahin Soltan oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Vahabov Mirqasım Fazil oğlu
Zülfüqarov Ülvi Vaqif oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abdullayev Abdulla Məhərrəm oğlu
Babayev Cavid Əli-Ağa oğlu
Babayeva Aida Adil qızı
İsmayılov Vahid Vaqif oğlu
Məmmədov Anar Niyaz oğlu
Mirzəyev Tural Etibar oğlu
Sucəddinov Elçin Mir Faiq oğlu
Süleymanov Hikmət Məzahim oğlu