Azərbaycanda gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxılmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, gömrük rüsumları üzrə faiz dərəcələrinin kəskin artımı gözlənilmir: “Gömrük faiz dərəcələrinin dəyişdirilməsi təkcə onların artırılması, yekunda isə qiymətlərin artması anlamına gəlmir. Bəzi mallar üzrə tariflər azaldılacaq, bəziləri üzrə isə artırılacaq. Üstəlik, yeganə əsas məqsəd daxili bazarın qorunmasını təmin etməkdir”.
S.Mehdiyev qeyd edib ki, bu qərar 2016-cı ilin dövlət büdcəsinə gömrük daxilolmaları proqnozunu icra etmək məqsədilə qəbul edilib.