BMT-nin baş katibi: “1990-cı ildən bu yana baş verən ən az 18 konfliktdə təbii ehtiyatlar mühüm rol oynayıb”

BMT-nin baş katibi Pan Gi Mun 6 noyabr- Beynəlxalq müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması günü ilə əlaqədar üzv ölkələrə müraciət edib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, Vyetnam müharibəsi zamanı kimyəvi maddələrin istifadəsi nəticəsində yaşıllığın məhv olunmasından otuz il və Körfəz müharibəsinin sonunda Küveytdə 600-dən artıq neft quyusunun dağılmasından 20 il keçməsinə baxmayaraq ətraf mühit indi də silahlı münaqişələrin qurbanına çevrilir.

On illərlə Qəzzada gedən münaqişə zamanı yeraltı su ehtiyatlarına dəyən zərər nəticəsində 1,5 milyon fələstinli suya möhtac qalıb və kənd təsərrüfatının məhvi təhlükəsi yaranıb. Baş katib xatırladıb ki, 1990-cı ildən bu yana baş verən ən az 18 konfliktdə təbii ehtiyatlar mühüm rol oynayıb. Ətraf mühit və təbii ehtiyatların bir neçə beynəlxalq hüquqi sənəd vasitəsilə, o cümlədən Cenevrə Konvensiyası ilə qorunmasına baxmayaraq, bu sənədlərin qüvvəyə minməsi və həyata keçirilməsi istiqamətində görülən fəaliyyət hələ də çox zəifdir”.

Müraciətdə qeyd olunub ki, müharibə zamanı baş verən pozuntuları və ətraf mühitə dəyən zərəri nəzarətdə saxlamaq üçün bir neçə beynəlxalq mexanizm mövcuddur: “Mən üzv dövlətləri müharibələr zamanı ətraf mühitin qorunmasını nəzərdə tutan beynəlxalq hüquqi qanunları aydınlaşdırmağa və genişləndirməyə çağırıram. Mövcud olan hüquqi mexanizmlər bu gün baş verən silahlı münaqişələri daxildən əks etdirə biləcək şəklə salınmalıdır. Milli qanunvericilik silahlı münaqişələr zamanı ətraf mühitə dəyən ziyanın qarşını almaq üçün beynəlxalq cinayət hüququnun nəzərdə tutduğu müddəaları tamamilə əks etdirməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO