Azərbaycanda qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında qanun layihəsi hazırlanır

Azərbaycanda qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında qanun layihəsi hazırlanırAzərbaycanda “Qaçqın və köçkünlərin repatriasiyası haqqında” qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sərdi Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Komitənin yaz sessiyası qanunvericiliyinin işlər planı haqqında danışan H.Rəcəbli bildirib ki, yaz sessiyasında iki – “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq.

H.Rəcəbli qeyd edib ki, “Əlillərin hüquqları haqqında” qanun layihəsi əvvəllər qəbul olunan “Əlilliyin qarşısının alınması haqqında” qanunun yenidən işlənilmiş variantıdır: “Çünki həmin qanun aktuallığını qismən itirmişdi. Buna görə də onu yenidən işləmək ehtiyacı yaranmışdı”.

H.Rəcəbli əlavə edib ki, bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO