Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanır

Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanırAzərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, yeni model ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: “O modelə parlamentə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülmüşdü: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni-yeni islahatlar aparmaq istəyirlər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO