Ombudsmanın nümayəndələri polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçiriblər

Ombudsmanın nümayəndələri Azərbaycanın qərb rayonları polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına (MST) və istintaq təcridxanasına baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, aparatın əməkdaşları və Ombudsmanın Gəncə Regional Mərkəzinin nümayəndələri Şəmkir və Tovuz rayonları polis şöbələrinin (RPŞ) MST-lərinə baxış keçirib, şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılan şəxslərlə görüşüblər.

Həmin şəxslərlə söhbət aparılıb, onlara hüquqları, habelə Ombudsman haqqında Konstitusiya Qanununun müddəaları izah edilib. Müvəkkilin nümayəndələri bu müəssisələrdəki şərait, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər.

Müvəkkilin nümayəndələri həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədəki 2 saylı istintaq təcridxanasında olub, saxlanılan şəxslərin müraciətlərini yerində araşdırıblar. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO