Erməni deputat AŞPA-da Azərbaycanla bağlı məruzələrin lehinə səs verib

Erməni deputat AŞPA-da Azərbaycanla bağlı məruzələrin lehinə səs veribTürkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Yesayan qurumun bu gün keçirilən plenar iclasında qəbul edilən “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı məruzənin lehinə səs verib.

APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı məlumat yayıb. M. Yesayan hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkilidir.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının bu gün keçirilən plenar iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı sənədin lehinə 98, əleyhinə 71 deputat səs verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO