AŞ PA Dağlıq Qarabağ regionunun problemlərinə, Ermənistanın nəzarət etdiyi su anbarındakı sudan qıtlıq çəkən sadə xalqın əzablarına məhəl qoymaya bilməz. Trend-in məlumatına görə, bunu “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib” adlı hesabatın müəllifi, AŞ PA-nın məruzəçisi Militsa Markoviç dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, söhbət Avropa Şurası və AŞ PA-nın üzv dövlətinin əhalisindən gedir və humanitar, sosial problemlər bilavasitə bizə aiddir: “Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi problemi çox vacibdir. Əhalinin içməli su ilə təmin edilməsi üzrə Azərbaycan hakimiyyətinin bütün səylərinə baxmayaraq, irriqasiya üçün su çatışmır. Erməni tərəfi bu məsələ üzrə əməkdaşlıqdan imtina edib”.