Azərbaycan Prezidenti İlham Əliyev özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda bildirilir ki, özəlləşdirilən və idarəetməyə verilən bəzi dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3.1.1-ci yarımbəndində “30” rəqəmləri “33” rəqəmləri ilə, 3.1.2-ci yarımbəndində “40” rəqəmləri “44” rəqəmləri ilə, 3.1.3-cü yarımbəndində “50” rəqəmləri “55” rəqəmləri ilə, 3.1.4-cü yarımbəndində “60” rəqəmləri “66” rəqəmləri ilə, 3.1.5-ci yarımbəndində “70” rəqəmləri “77” rəqəmləri ilə əvəz edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.