XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir

XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdirAzərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir. Trend-in məlumatına görə, bunu Tayvanda keçirilmiş regional seçkilər ilə əlaqədar sorğunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan vahid Çin prinsipinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə inkişafını və nizamlanmasını dəstəkləyir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO