BMT-nin İşgəncələrə qarşı Komitəsinin Cenevrədə başlayan 43-cü sessiyasında Azərbaycanın işgəncələrə və digər kobud rəftara dair Konvensiyanı necə yerinə yetirdiyi haqda hesabatı dinləniləcək. APA-nın BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, Azərbaycanla yanaşı, Moldova, Kolumbiya, Yəmən, İspaniya və Slovakiya da öz hesabatlarını təqdim edəcəklər.
İşgəncələrə qarşı Konvensiya BMT Baş Assambleyası tərəfindən 1984-cü ildə qəbul olunub. Dörd ildə bir dəfə üzv dövlətlər bu konvensiyanı necə yerinə yetirildiyinə dair hesabatla çıxış etməlidir. İşgəncələrə qarşı Komitə isə 1987-ci ildə təsis edilib və 10 müstəqil ekspertdən ibarətdir.