Ombudsman Aparatının əməkdaşları BİT və polis bölmələrində olublar

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nardaran qəsəbəsində yerləşən 12 saylı məntəqə tipli cəzaçəkmə məntəqəsinə baxış keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, əməkdaşlar həmçinin, Bakı İstintaq Təcridxanasında, Xətai rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasında və həmin idarənin 36-cı polis bölməsində, Nizami RPİ-nin 25-ci polis bölməsində olublar.

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərlə görüş zamanı onlar saxlanılma şəraitindən və müəssisənin əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, təqsirləndirilən şəxslərin bəziləri barələrində aparılan istintaq və məhkəmə hökmündən narazı olduqlarını bildiriblər. Ombudsman Aparatının əməkdaşları İstintaq təcridxanasında saxlanılan Emin Milli və Adnan Hacızadə ilə də görüşüblər. Onlar barələrində aparılan məhkəmə prosesinin vaxtının uzadıldığını qeyd ediblər.

Məlumatda qeyd olunub ki, Bakı İstintaq Təcridxanasında saxlanılan S. A görüş zamanı o, 24 oktyabr 2009-cu il tarixində Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü bildiriblər. Həmin məsələnin araşdırılması məqsədilə ilə müvəkkil respublika baş prokuroruna və daxili işlər nazirinə müraciət edərək, S.A. barəsində təcili məhkəmə-tibbi ekspertizasının keçirilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO