MN: Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır

MN: Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyırErmənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması gələcək təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə yalan məlumatlarına münasibət bildirərkən deyilib.

Nazirlikdən bildirilib ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır: “Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO