Dövlət Gömrük Komitəsində (DGK) baş verən kadr dəyişiklikləri nəticəsində Baba Salayev DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi təyin edilib. Bunu Trend-ə DGK-dən deyiblər.
B.Salayev bu vəzifədə DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəis müavini təyin edilmiş general-mayoru Güloğlan Muradlını əvəz edib.
DGK-dən qeyd ediblər ki, B.Salayev daha əvvəl Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.
Daha əvvəl Qəbələ rayonu gömrük postunun rəisi vəzifəsini tutmuş Vüqar Qismətov Balakən rayonunun Gömrük İdarəsinin rəisi təyin edilib.
Qəbələ rayonu gömrük postunun rəisi vəzifəsinə isə bu postun əməkdaşı Sərxan Səfərli təyin edilib.
DGK-dən bildiriblər ki, belə kadr dəyişiklikləri mütəmadi və prosedur qaydada keçirilir.