Avropa Şurasının Bakı ofisində çərşənbə günü “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusuna dair Nazirlər Komitəsinin tövsiyələri” adlı kitabın təqdimatı olub. Tövsiyələr QHT-nin fəaliyyətinə dəstək üzrə minimal standartları nəzərdə tutur, AŞ baş katibinin Aərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib.
Onun sözlərinə görə, tövsiyələr təkcə qanunverici orqanlar üçün yox, QHT üçün də nəzərə alınmalıdır. Bu tövsiyələrdə etika prinsipləri və qeyri-hökumət təşkilatlarının məsuliyyətliliyi əks olunur. Tövsiyələr həmçinin üzvlük məsələlərini və ümumi hüquqi məsələləri nəzərdə tutur.
Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev bildirib ki, Parlamentin işçi qrupları tərəfindən bu tövsiyələr nəzərdən keçirilə bilər. QHT-nin maliyyə şəffaflığına və fəaliyyətinə toxynan Quliyev deyib ki, bu məsələdə donor təşkilatlar qrantların təqdim edilməsi ilə bağlı daha şəffaf informasiya verməlidirlər. “Avropa Komissiyası 12 QHT-yə 3,25 milyon manat ayırıb. Lakin bu vəsaitlərin ünvanları və istifadəsi barədə geniş informasiya təqdim edilməyib”, – Quliyev deyib.
Tövsiyələr Counterpart International və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin köməyi ilə hazırlanıb.
Trend News