Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərə pulsuz efir vaxti ayrılacaq

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq üçün ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. “Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınan siyasi partiyalara və ya siyasi partiyaların bloklarına İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer nəzərdə tutulur”, – cümə axşamı Trend News-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirilib.

Bu kütləvi informasiya vasitələri, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməlidirlər. “Efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir”, – məlumatda qeyd edilir.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO