Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) üzvləri Avropa Şurası Baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Koteklə görüşüblər. BİQ-dən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan qanunvericili ilə bağlı müzakirə aparılıb, seçkilərin demokratik keçirilməsi məsələsinə xüsusi diqqət yetirilib. BİQ tərəfindən görülmüş işlər barədə, həmçinin keçmiş seçkilərlə, seçki kampaniyasında aşkarlanmış qanun pozuntuları, onların aradan qaldırılması ilə bağlı təcrübənin ümumiləşdirilməsi barədə məlumat verilib. BİQ-lə Avropa Şurasının xüsusi nümayəndəsi arasında müxtəlif sahələrdə əməkdaşlığa dair razılıq əldə edilib.