BMT maliyyələşdirdiyi sülhməramlı əməliyyatlara böyük töhfəsinə görə Azərbaycan da daxil olmaqla, 19 ölkəyə xüsusi minnətdarlığını bildirib. Bu barədə Baş katibin idarəetmə məsələləri üzrə müavini Ancela Keyn BMT Baş Assambleyasının 64-cü sessiyasının Beşinci Komitəsinin iclasında çıxışı zamanı bildirib, Trend-in xüsusi müxbiri xəbər verir. O, Birləşmiş Millətlər Təşkilatının maliyyə vəziyyəti barədə məruzə oxuyarkən yenidən “mürəkkəb mənzərəni” xatırlatmaqla yaxşılaşmanın da olduğunu və üzv dövlətlərin BMT-yə ödəmələri vaxtında və tam ödəməsinin vacibliyini qeyd edib.
Keyn bildirib ki, proqnozlara əsasən, vəsait mövqeləri ilin sonuna kimi bütün fondlar üçün müsbət olacaq, son nəticə isə sonuncu rübdəki üzvlük haqlarından asılı olacaq. Sülhün dəstəklənməsinə görə əlavə ödəmələr üzrə borc əsas sponsorlar tərəfindən sülhün dəstəklənməsinə yatırımların azalması, həmçinin cari maliyyə ilində ödəməlrin səviyyəsinin aşağı olması, 2010-cu ildə yeni ödəmə cədvəlinin təsdiqlənməsinin gözlənilməsi zamanı 2008-ci ilin oktyabr ayı ilə müqayisədə azdır.
Sülhməramlı əməliyyatlar üzrə ödənilməyən ümumi məbləğ 2009-cu ilin oktyabrın 13-də 2,1 milyard dollardan çox təşkil edib ki, bu da təəssüf ki, 2008-ci ilin sonundakına nisbətdə 763 milyon azdır. Ödənilməyən cari məbləğ 2010-cu ildə yeni ödəmə cədvəlinin təsdiqlənməsinin gözlənilməsi zamanı 2009-2010-cu maliyyə illəri üzrə sülhməramlı əməliyyatlara yatırılan ödəmələrin aşağı səviyyəsi ilə əlaqədardır.
Sülhməramlı əməliyyatlara ödənilməyən məbləğin həcmi azalıb, müntəzəm büdcənin, tribunal fondları və kapital fondunun artırılması müşahidə edilir, o bildirib.