Rəsmi Bakı İranın XİN-ə müraciət etdi

Rəsmi Bakı İranın XİN-ə müraciət etdiİtkin düşən balıqçılarla bağlı Azərbaycanın İrandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, XİN-in təlimatı əsasında İrandakı səfirliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib və hazırda araşdırma aparılır.

Qeyd edək ki, avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb. Onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO