Elxan Süleymanov: “Şəbəkələşmiş iftiraçılar ifşa olundu”

Elxan Süleymanov: “Şəbəkələşmiş iftiraçılar ifşa olundu”
Ermənilər, ermənilərə xidmət edən daxili və xarici ermənipərəst və anti-Azərbaycan qüvvələr Azərbaycana zərbə vurmaq məqsədi ilə bir neçə aydan bəri yerli və beynəlxalq mətbuatda mənə və həmkarıma kobudcasına qeyri-etik hücumlar edərək böhtan, iftira və şər atırlar.

Azərbaycan el məsəlində deyilir: “Ayının min oyunu var bir armudun başında”. Bu xalq məsəlində olduğu kimi, yerli və beynəlxalq səviyyədə şəbəkələşdirilmiş bu iftiraları yaradan erməni və ermənipərəst qüvvələrin yeganə məqsədi Azərbaycanın beynəlxalq imicini zədələmək idi. Olduqca fəal erməni lobbiçiləri kimi tanınmış bir neçə Qərb deputatı Strasburqda, AŞPA-nın qış sessiyası zamanı bu mənfur hücumları davam etdirdi. Hamıya bir daha aydın oldu ki, ölkəmə qarşı hazırlanmış bu güclü şər və böhtan kampaniyası xarici korporativ qüvvələrin Azərbaycanda stabilliyi pozmaq üçün iğtişaş yaratmaq məqsədilə təşkil etdiyi irimiqyaslı beynəlxalq təxribatın bir hissəsi idi.

Lakin İtaliyanın Milan Məhkəməsi bu təxribatçıların hamısının bütün arzu və ümidlərini puç etdi.
Yerli və beynəlxalq ictimaiyyətə bildirmək istəyirəm ki, bütün bu iddiaların şər və böhtan olması yanvarın 27-də Milan Məhkəməsi hakiminin qərarında tam təsdiqini tapdı və hər kəs, hətta bu iftiraçılar da məhkəmə qərarına hörmətlə yanaşmağa borcludurlar. Təəssüf ki, Avropada Azərbaycana əsassız hücum edənlər, şər və böhtan atanlar çox hallarda qəhrəman döyüşçü kimi qarşılanırlar.
Milan prokurorluğunun ilkin istintaqlar üzrə Hakimlər Şurası İtaliya Xalqı adından bəyan etdi: “Luka Volonte Giuseppe barədə qaldırılan iddianın əssassız olması səbəbindən, onun öz səlahiyyətlərinin icrası zamanı rüşvət alması ittihamı üzrə cinayət təqibinə xitam verilməsinə qərar verilir”.
Bu qərar ölkəmə və mənə qarşı şəbəkələşmiş iftiraçıları ifşa etdi!
Mən heç vaxt böhtan və şayiələrə məhəl qoymuram, çünki bu, ictimai sahədə işləyən bir şəxs kimi, həyatımın bir hissəsidir və mən hər zaman olduğu kimi, ölkəmə və xalqıma sədaqətlə xidmətimi davam etdirirəm. Ölkəmi korporativ anti-Azərbaycan qüvvələrin, xüsusilə daxili və xarici erməni və ermənipərəstlərin qərəzli, əsassız hücum, təqib və stabilliyi pozmaq cəhdlərindən qorumaq üçün bundan sonra da bütün səylərimi səfərbər edəcəyəm.

Elxan Süleymanov

14.02.2017

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO