ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 9-da Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqindəki qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter ki, Jaslan Nurtazin və polkovnik-leytenant İmre Palatinus keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Vladimir Çontulov yerinə yetirəcəklər.
AzərTAc