Azərbaycanda qadınların seçkili orqanlarda təmsil olunma faizi razılıq hissi doğurmur – MSK sədri

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri qadınların seçkili orqanlarda təmsil olunma faizindən razı deyil. “Azərbaycanda reallıq ondan ibarətdir ki, qadınların həyatda tutduqları statusla onların dövlət və seçkili orqanlarda tutduğu status bir-biri ilə ziddiyyət təşkil edir. Azərbaycan qadınları demək olar ki, Avropada olan qadınlar kimi həyatın bütün sahələrində çox fəal iştirak edirlər”, – Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Azərbaycanda bələdiyyə seçkisinin dekabrın ortalarında keçirilməsi gözlənilir. Bələdiyyə sədrləri arasında qadınların təmsil olunması iki faizdir. Pənahovun sözlərinə görə, qadınların seçkili orqanlarda az təmsil olunmalarının səbəbi qadınların özündədir. “Qadınların seçkili orqanlarda təmsilçiliyinə maneələrin olduğunu demək ədalətsizlik olar. Qadınları bələdiyyə seçkisində geniş təmsil olunmağa və seçkidə yaxından iştirak etməyə çağırıram”, – MSK sədri deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO