Azərbaycanda mina mütəxəssisləri üçün beynəlxalq kurs keçiriləcək

Azərbaycanda mina çıxarma prosesləri ilə məşğul olan orta səviyyəli mütəxəssislər üçün beynəlxalq midulmenecment kursları keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat meneceri Samir Poladov məlumat verib.

S. Poladovun sözlərinə görə, artıq kursların keçirilməsi barədə razılıq və maliyyə məsələləri həll olunub. Kursların cari ilin sonu, 2010-cu ilin əvvəllərində keçirilməsi planlaşdırılır. Kurslar İTF (Minaların təmizlənməsi və mina qurbanlarına yardım üzrə Sülh Fondu) təşkilatının təklifi ilə ANAMA və İngiltərənin Kranfild Universitetinin mütəxəssisləri tərəfindən keçiriləcək.

ANAMA-nın Göygöl təlim bazasında reallaşdırılacaq kurslarda Azərbaycandan başqa, Gürcüstan, Əfqanıstan və Tacikistandan ümumilikdə 25-ə yaxın mina mütəxəssisinin iştirakı planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO