Azərbaycanda qadınların nikaha daxilolma üzrə yaş həddi artırılacaqdır

Azərbaycanda qadınların nikaha daxilolma üzrə yaş həddi artırılacaqdır. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, bu məqsədlə parlamentin payız sessiyasında Ailə Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.

Komitə sədrinin sözlərinə görə, Ailə Məcəlləsində qadınların nikaha daxilolma üzrə yaş həddi 17-dən 18-ə qaldırılacaqdır. Hazırda bu məsələ çox ciddi müzakirə olunur. Qızlar ailə qurmağa həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalıdırlar.

H.Rəcəbli demişdir ki, qanunvericilikdə 17 və 16 yaşında qızların ailə qurmasına da istisna hallarda icazənin verilməsi nəzərdə tutulacaqdır. 17 yaşında qızların nikaha daxil olmasına istisna hallarda icazə veriləcəkdir. 16 yaşlı qızların ailə qurmasına isə ancaq bir halda – onlarda hamiləlik baş verdikdə icazə veriləcəkdir.

Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdən daha biri nikaha daxilolma zamanı sağlamlıq haqqında arayışın tələb edilməsi ilə bağlı olacaqdır. Sağlamlıq arayışının hansı xəstəliklərə görə tələb olunacağı da müəyyənləşdiriləcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO