Əmlak vergisinin əmsalları təsdiq edildi

Nazirlər Kabineti fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakışəhərində yerləşən binalara tətbiq edilən əmsalları təsdiqedib. Bu barədə fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir. Hökumətin qərarına əsasən, Bakının ərazisi 12 zonaya bölünüb, bundan asılı olaraq 0,7-dən 1,5-dək əmsallardan istifadə olunur.
Xatırladaq ki, bu ildən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi sahənin inventar dəyərinə əsasən deyil, sahənin hər kvadratmetrinə görə tutulur. Bununla belə, sahəsi 30 kvadratmetrə qədər olan əmlakların sahibləri vergi ödəmir.
Əmlak vergisini bələdiyyələr yığır.
Nazirlər Kabinetinin qərarı ilə buradan tanış olmaq mümkündür: http://taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO