Gənclər Günü münasibətilə veloyürüş

Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” İctimai Birliyi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Dövlət Bayrağı Meydanı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə “Gənclik veloyürüşü” keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, fevralın 1-i, saat 11:00-da başlayacaq veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzi ilə bağlı təbliğat işlərinin aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.

Velosiped idmanının ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq idmanın bu növünün gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Dövlət Bayrağı Meydanından start götürəcək “Gənclik veloyürüşü” Azadlıq Meydanında başa çatacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO