Türkiyə yaxın iki il ərzində Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmağa hazır olacaq. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır deyib.
Nazir qeyd edib ki, Türkiyənin hədəfi ölkədə yaşayış səviyyəsini Aİ səviyyəsinədək qaldırmaqdır.
Türkiyənin Aİ-yə daxil olması ilə bağlı rəsmi danışıqlar 2005-ci ildən bərpa edilib.
Trend.az