Argentina kəşfiyyat xidmətini yenidən qurur

Argentinada hazırlanacaq yeni qanun layihəsi ilə ölkədə kəşfiyyat strukturu yenidən qurulacaq. Trend-in çərşənbə axşamı “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Argentina Prezidenti Kristina Fernandes de Kirşner deyib.

Prezident prokuror Alberto Nismanın sirli ölümündən sonra bu qərara gəlib. Meyiti evinin hamamında aşkar edilən prokurorun başına bir güllə vurulmuşdu.

A.Nisman 1994-cü ildə Buenos Ayresdə yəhudi mərkəzinə edilən hücuma görə (hücumda 85 nəfərin ölmüş, 300 nəfər yaralanmışdı) ölkənin üst səviyyəli məmurlarına qarşı ittiham irəli sürmüşdü.

Prezident kəşfiyyat xidmətinin əvəzinə Federal Kəşfiyyat Agentliyini quracaqlarını deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO