Qəzet: Türkiyə kəşfiyyatının rəhbəri istefa verə bilər

Türkiyədə ölkə kəşfiyyatının rəhbəri Hakan Fidanın istefa verəcəyi gözlənilir. Trend xəbər verir ki, bu barədə bazar ertəsi “Milliyet” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

H.Fidanın bu ilin fevralında istefa verəcəyi gözlənilir.

Həmçinin, istefa verdikdən sonra onun 2015-ci ilin iyununda Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak üçün öz namizədliyini irəli sürəcəyi ehtimal olunur.

Hazırda Türkiyə hökumətində ölkənin kəşfiyyat rəhbərinin istefası ilə bağlı fikirayrılığı yaranıb. Çünki Fidan istefa verəcəyi halda o, toxunulmazlıqdan məhrum edilə bilər.

Kəşfiyyat rəhbəri Hakan Fidan Türkiyədə Fətullah Gülən hərəkatına qarşı mübarizə aparan əsas fiqurlardan biridir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO