Yəhudilər silah gəzdirmək üçün icazə istəyirlər

Avropa İttifaqının (Aİ) ən iri yəhudi federasiyası müdafiə olunmaq üçün avropalı qanunvericiləri yəhudilərə silah daşımağa icazə verməyə çağırıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, bununla bağlı Aİ ölkələrinin daxili işlər nazirlərinə məktub göndərilib.

Məktubu Avropa Yəhudi Assosiasiyasının başçısı Menahem Marqolin yazıb. Məktubda son illər Avropada yəhudi icmasına qarşı çoxsaylı təhdidlərin qarşısının alınması üçün real hərəkətə keçməyin vacibliyi vurğulanır.

Həmçinin, yəhudi icmalarına öz silahlı mühafizəçilərini yaratmağa icazə vermək xahiş edilir. Üstəlik, onlara Avropanın güc strukturları təlim keçməlidir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO