2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və qaz-kondensat hasil edilib. Trend-in cümə günü Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2013-cü ildə 43,1 milyon ton olub.
Ötən il neft hasilatının əsas həcmi “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.
2013-cü ildə qaz hasilatı 18,7 milyard kubmetr əmtəə qazı təşkil edib, 2013-cü ildə bu rəqəm 17,9 milyard kubmetr olub.
Trend.az