“Azərbaycan Qarabağ məsələsində Dağlıq Qarabağa öz daxilində muxtariyyət verilməsindən başqa bir yol görmür”, – Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AzərTAc Dövlət İnformasiya agentliyinə müsahibəsində deyib.
“Azərbaycanın münaqişənin həlli üzrə mövqeyi dəyişməz olaraq qalır – Azərbaycan heç vaxt ölkənin ərazi bütövlüyü məsələsini müzakirə mövzusuna çevirməyəcək”, – Məmmədyarov bildirib.
“Biz münaqişənin erməni ordularının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin ora qaytarılmasından başqa həlli yolunu görmürük”, – nazir qeyd edib.
“Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, onun ədalətli və davamlı həlli üçün səylərin mobilizə edilməsi üçün tərəfdaş dövlətlər, beynəlxalq və regional təşkilatlarla işləməyə davam etməyə hazırdır”, – nazir bildirib.
Ancaq, nazirin fikrincə, sülh prosesinin uğurlu sonluğu Ermənistanın bu prosesə bağlılığı, onun konstruktivliliyi, həmçinin beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin verəcəyi töhfədən asılıdır.