2014-cü il son 15 ildə ən aktivləşmə və güclü zəlzələlər ili olub


2014-cü il son 15 ildə ən aktivləşmə və güclü zəlzələlər olan ildir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu il ərzində maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib.

Q.Yetirmişli deyib ki, bu il həm zəlzələlərin sayına, həm də ayrılan enerjinin miqdarına görə seysmiklik cəhətdən ən yüksək dövr olub: “Ümumilikdə, bu il Azərbaycanda 8 mindən çox zəlzələ qeydə alınıb”.

Q.Yetirmişli əlavə edib ki, bu il baş verən zəlzələlər dərinlikdə olduğuna görə silkələmə əhatəsi böyük olub, amma dağıntısı olmayıb

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO