Azərbaycanda elektron imzaların tətbiqi asanlaşacaq

Azərbaycan vətəndaşları üçün elektron-rəqəmli imzaların dəyəri xeyli aşağı salınacaq. Bu barədə bazar ertəsi Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, əsas məqsəd elektron imza sahiblərinin sayının xeyli artırılmasıdır ki, bu da öz növbəsində əhali üçün elektron imzalardan istifadəni asanlaşdırmağa yardım edir: “Bu il rəqəmli imzanın dəyəri iki dəfədən çox aşağı salınıb. Şübhəsiz ki, vətəndaşlar üçün elektron imzaların dəyəri ən minimal səviyyəyədək aşağı salınıb ki, bunu hələlik digər istifadəçi kateqoriyaları barədə demək olmaz”.

Mənbə son vaxtlar əhali arasında banklar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə ninböyük populyarlıq qazandığını qeyd edib: “Söhbət kredit almaq üçün tələb olunan iş yerləri, əməkhaqqı barədə elektron ərizələrdən gedir. Hazırda xidmətdən “Elektron hökumət” portalında istifadə etmək mümkündür”.

Onun sözlərinə görə, ölkə bankları, həmçinin elektron imzaların bank kartlarına inteqrasiyası imkanlarını nəzərdən keçirir. Bu, kifayət qədər mürəkkəb prosesdir. Çünki bankların istifadə etdikləri kartların parametrləri müəyyən tələblərə cavab verməlidir və kriptoqrafik funksiyalara malik olmalıdır: “Bu gün həmin məsələ gündəlikdədir və bu istiqamətdə iş aparılır. O cümlədən, bu layihənin reallaşdırılması üçün başqa texniki məsələləri də həll etmək vacibdir”.

Praktikada elektron imzaların bank ödəniş kartlarına inteqrasiyası mümkündür, çünki istifadə olunan kartlarda çiplər çoxfunksiyalıdır və onlarda kart məlumatları ilə yanaşı, başqa müxtəlif proqramlar da saxlana bilər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO