Azərbaycanda məktəblilər üçün yeni layihə

Azərbaycanda “Məktəb kompüteri” layihəsinə start verilib. Bunu çərşənbə günü Trend-ə “Best Comp Group” şirkətinin (layihənin operatoru) direktoru Rauf Həsənov deyib.

Layihə Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və “Microsoft” şirkətinin dəstəyi ilə “Acer” şirkəti ilə birgə reallaşdırılır. Layihənin məqsədi “rəqəmsal bərabərsizliy”in ləğv edilməsi, məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün tədris prosesində informasiya texnologiyalarından geniş istifadəyə yardım etməkdir.

R.Həsənov qeyd edib ki, “Məktəb layihəsi” “Xalq kompüteri” layihəsinin davamıdır. Fəqləndirici xüsusiyyət ondan ibarətdir ki, portativ kompüterlər ölkənin təhsil müəssisələrində geniş şagird qrupuna getdikcə əlçatan olur.

“Məktəb kompüteri” layihəsi çərçivəsində təklif edilən kompüterlər 12 ay müddətinədək faizsiz kredit şərtləri ilə reallaşdırılır. Avadanlıq qabaqcadan quraşdırılmış “Windows Professional” lisenziyalaşdırılmış əməliyyat sistemi, “Microsoft Office 2013” paketi və DR.WEB antivirus proqram təminatı ilə reallaşdırılır. Bundan başqa, alıcılara pulsuz HP printeri təqdim edilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO