Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından məmnunluq ifadə olundu, bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə aparıldığı bildirildi. Əminliklə qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında bu layihə ilə bağlı əməkdaşlıq uğurla davam etdiriləcəkdir.
Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildirdilər.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Trend.az