Avropa İttifaqı “Cənub axını” layihəsinin reallaşmasının dayandırılması ilə əlaqədar TANAP Azərbaycan qaz kəmərinin buraxılış qabiliyyətini Avropa üçün 20 milyard kubmetr-ə qədər artırmaq istəyir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Spiegel jurnalının verdiyi xəbərə görə, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və energetika üzrə yeni Avropa komissarı Maroş Şefçoviç müvafiq razılaşma əldə ediblər.
TANAP layihəsi Azərbaycanın Şahdəniz yatağından qaz kəmərləri sisteminin tikintisini Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən İtaliyanın cənubuna nəzərdə tutur. Onun vasitəsilə Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Gələcəkdə qaz kəmərinin gücü 31 milyard kubmetrə qədər artırıla bilər.
“Gücünün artırılması üçün texniki şərait mövcuddur”, – Şefçoviç bildirib. Onun sözlərinə görə, danışıqların bütün iştirakçıları fikirə gəliblər ki, qaz kəmərinin inşası 2019-ci ilədək başa çatdırılacaq.
“Cənub axını” layihəsinin bağlanması barədə dekabrın 1-də məlum olub. Türkiyəyə dövlət səfəri zamanı RF prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya indiki şəraitdə o cümlədən Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə layihənin icrasını davam etdirə bilməz. Rusiya Türkiyənin tələbatının ödənilməsi üçün yeni qaz kəməri sistemini tikəcək. Sonradan “Qazpromun” rəhbəri Aleksey Miller bildirib ki, “Cənub axını” layihəsi bağlanıb.
Trend.az