Azərbaycan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) 2014-2018-ci illərdə əməkdaşlıq üzrə çərçivə proqramı imzalayıb.
Trend xəbər verir ki, proqram Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və UNIDO-nun İnvestisiya və texnologiyaların dəstəklənməsi şöbəsinin direktoru Mozammed Lai Daoui tərəfindən imzalanıb.
Sənəd çərşənbə günü Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı çərçivəsində imzalanıb.