AFFA Mərkəzi Seçki Komissiyasına müraciət edəcək

AFFA rəhbərliyi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Bu haqda “APA-SPORT”a assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, məktub vasitəsilə MSK-dan milli komandanın futbolçularının oktyabrın 15-də Azərbaycan prezidenti seçkisində iştirakına şərait yaradılması xahiş olunacaq.
Oktyabrın 15-də, prezident seçkisi günü yığmamız səfərdə Bəhreynlə yoldaşlıq görüşü keçirəcək. Məmmədov bildirib ki, qarşıdakı matçın tarixinin dəyişdirilməsi və ya ləğv olunması barədə söhbət gedə bilməz: “FİFA 15 oktyabrı yoldaşlıq görüşləri keçirmək üçün ayırıb. Biz bu imkanı əldən vermək istəmirik. Hətta Bəhreyn Futbol Assosiasiyasının vitse-prezidenti ilə bu gün bir daha telefon əlaqəsi saxlamışam. Artıq müvafiq səfər sənədləri qaydasına salınır”.
AFFA rəsmisi vurğulayıb ki, futbolçuların səsverməyə qatılmaları üçün uyğun variant tətbiq ediləcək: “Nəzərə almaq lazımdır ki, futbolçular və rəsmi şəxslər Bəhreynlə matçdan dərhal sonra Bakıya qayıdacaqlar. Ola bilsin ki, səfərə çıxarkən Mərkəzi Seçki Komissiyasından bülletenlər götürəcəyik. Həmin bülletenləri seçki qutusuna Vətənə dönən kimi ata bilərik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO