Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikintisinin dayandırılması haqqında məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər.
Nazirlikdən qeyd ediblər ki, yaxın günlərdə bu məsələ üzrə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, BTQ Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Layihəni 2015-ci ildə başa çatdırmaq planlaşdırılır.