Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bir neçə saatdan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
Bundan öncə isə, C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğu barədə Twitter səhifəsində məlumat vermişdi: “Artıq Parisə çatmışam. Prezident Olland prezident Serj Sarkisyan və prezident İlham Əliyevlə danışıqlar aparacaq. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”.