Qazaxıstan Azərbaycandan neft məhsulları almaq niyyətindədir

Qazaxıstanın “KazMunayQaz” Milli Neft-Qaz Şirkəti (ARDNŞ) daxili bazarda neft məhsulları qıtlığını aradan qaldırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə yanacaq-sürtkü materiallarının (YSM) alınması üzrə danışıqlar aparır.

Trend-in məlumatəna görə, bunu bu gün Qazaxıstan energetika nazirinin birinci müavini Uzakbay Karabalin Astanada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qazaxıstan Rusiya və Türkmənistanla da YSM alınması haqqında danışıqlar aparır.

U.Karabalin bildirib ki, Qazaxıstan “KazMunayQaz”ın simasında təkcə Rusiya ilə deyil, həmçinin Azərbaycanın ARDNŞ, Türkmənistanın neft emalı zavodları ilə bazarda neft məhsullarının bütün kəsirini aradan qaldırmaq üçün danışıqlar aparır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO