`”ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı nikbin əhval-ruhiyyədədir”, – Trend News -a bazar ertəsi amerikalı həmsədr Metyu Brayza deyib. “Azərbaycan Prezidenti İlham Əliyev Praqadakı son görüş zamanı çox konstruktiv addımlar atıb və biz Ermənistan Prezidenti Serj Sarkisyandan eyni reaksiyanı gözləyirik”, – o deyib.
Onun sözlərinə görə, həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevin Praqada başlatdığı konstruktiv yanaşma və həmin görüşdən sonra Serj Sarkisyanın nümayiş etdirdiyi müsbət reaksiyanın davam edəcəyinə ümid edirlər.
Mayın 7-də Praqada keçirilən görüş Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan Prezidenti Serj Sarkisyan arasında Qarabağ məsələsi üzrə dördüncü yüksək səviyyəli görüş olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.
Prezidentlərin növbəti görüşü iyunun 4-də Sankt-Peterburqda keçiriləcək iqtisadi forum zamanı baş tutacaq. “Biz bu görüş zamanı tərəflərin müəyyən irəliləyişə nail olmasını gözləyirik”, – Brayza deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Årmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 – cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.
1994 – cü ilin mayında tərəflər atəşkəs råjiminə dair razılaşma əldə ådiblər və î âaõtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa âə ABŞ – ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.