Ermənistanda təhsilə görə hərbi xidmətdən möhlət hüququnun tamamilə ləğv edilməsi təklif olunur.
Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, İrs Partiyasının parlament fraksiyasının rəhbəri və katibi Ruben Akopyan və Tevan Poqosyan müvafiq təşəbbüslə çıxış ediblər.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan da təhsillə əlaqədar hərbi xidmətdən möhlət hüququnun tamamilə ləğv edilməsinin tərəfdarı olduğunu deyib.
Onun sözlərinə görə, hamı üçün eyni şərait yaratmaq lazımdır.
Qeyd edək ki, hazırda Ermənistanda dövlət sifarişi ilə ali məktəblərdə oxuyanlara hərbi xidmətdən möhlət hüququ verilir.