Baş prokuror və Ombudsmanın təyinatına qoyulan məhdudiyyət aradan qaldırıla bilər

Azərbaycan Milli Məclisinin bir qrup deputatı təyinat müddətinə məhdudiyyət qoyulmuş vəzifələrlə bağlı məhdudiyyətin aradan qaldırılması üçün müraciət imzalayıblar. Bu barədə APA-ya Milli Məclisdən bildirilib. Məlumata görə, millət vəkilləri “İnsan hüquqları üzrə müvəkkilin fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi, həmçinin “Prokurorluq haqqında” qanun layihələrinə dəyişikliklər edilməsini təklif ediblər. Məlumatda o da bildirilib ki, Milli Məclisini hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə insan haqları komitəsinin mayın 20-də keçiriləcək birgə iclasında qanun layihələrinə dəyişikliyin müzakirəyə çıxarılacağı gözlənilir.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova xəbəri APA-ya təsdiqləyib. Komitə sədri bildirib ki, “İnsan hüquqları üzrə müvəkkilin fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi bağlı məsələnin daxil olduğunu deyib. Onun sözlərinə görə, qanuna təklif olunan dəyişikliyə əsasən İnsan hüquqları üzrə müvəkkilinin bir müddətə seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır: “Mövcud qanunda müvəkkilin bir dəfə, 7 il müddətinə seçilməsi öz əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən isə müvəkkilin bir dəfə seçilməsi ilə bağlı qoyulan məhdudiyyət iki dəfə seçilməsi ilə əvəzlənir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO