Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilir

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu ilin ötən dövründə inzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində bir sıra bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, torpaqların qanunsuz dövriyyədən çıxarılıb və yaxud hərrac qaydalarına riayət edilmədən və bazar qiyməti nəzərə alınmadan mülkiyyətə, icarəyə verilməsi, sənədlərin saxtalaşdırılması və digər ciddi hüquq pozuntuları aşkar edilmişdir.

Həmin hərəkətlərlə bələdiyyə büdcələrinə külli miqdarda, o cümlədən Şəmkir rayonu Qaracəmirli bələdiyyəsi tərəfindən 4,1 milyon manat, Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən 3,6 milyon manat, Sabunçu rayonu Pirşağı bələdiyyəsi tərəfindən 1,3 milyon manat, Quba rayonu İkinci Nügədi bələdiyyəsi tərəfindən isə 337 min manat ziyan vurulması və s. ciddi faktlar müəyyən olunmuşdur.

Belə pozuntular digər yerli özünüidarəetmə orqanlarının fəaliyyətində, o cümlədən Oğuz rayonu Filfili və Xalxal, Astara rayonu Ərçivan, Samux rayonu Qiyaslı, Bakı şəhəri Nəsimi və Qaradağ rayonu Sahil bələdiyyələrində aşkar edilmişdir.

Qeyd olunan 10 bələdiyyə ilə bağlı araşdırma materialları cinayət işinin başlanması məsələsinə baxılması üçün Baş Prokurorluğa göndərilmişdir.

Bələdiyyələrin işində qanunçuluğun möhkəmləndirilməsi yönündə tədbirlər davam etdirilir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO