ATƏT-in hazırki sədri atəşkəs elan olunmasının 15 illiyi münasibətilə bəyanatla çıxış etmişdir

ATƏT-in hazırkı sədri Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülh nizamlanması istiqamətində tərəqqiyə nail olacaqlarına ümidvar olduğunu demişdir. ATƏT-in rəsmi saytında bildirilir ki, D.Bakoyanni tərəfləri atəşkəs rejiminə tam əməl etməyə, həmçinin snayperləri ön xətdən çəkməyə çağırmışdır. Keçmiş SSRİ məkanında ən irimiqyaslı hərbi əməliyyatlara 15 il əvvəl son qoyulduğunu vurğulayan ATƏT sədri, həmsədrlərin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair Azərbaycan və Ermənistan pezidentləri arasında mayın 7-də Praqada aparılan dialoqu alqışladığını bəyan etmişdir.

ATƏT-in sədri Dağlıq Qarabağ münaqişəsinin Madrid sənədi əsasında nizamlanması istiqamətində Minsk qrupu həmsədrlərinin, həmçinin şəxsi nümayəndəsi Anji Kaspşikin səylərini tam dəstəklədiyini demişdir. D.Bakoyanni bildirmişdir ki, “Münaqişənin həllinə dair danışıqlar prosesində müşahidə olunan tempi saxlamaq zəruridir. Biz bir məsələni də diqqətdən qaçırmamalıyıq ki, 15 il əvvəl atəşkəs əldə olunmasına baxmayaraq, təmas xəttində vəziyyət qeyri-sabitdir, itkilər davam edir. Qarşılıqlı etimad mühitinin yaranması üçün atəşkəs rejiminin şərtlərinə tam əməl olunmalı, həmsədrlərin snayperləri ön cəbhədən geri çəkmək çağırışına riayət edilməlidir”.

AzərTac

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO