[b]Türkmən Dövlət Xəbərləri (TDX) dövlət xəbər xidmətinin məlumatında bildirilir ki, Türkmənistan işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1999-cu ildə təsdiq edilmiş Konvensiyanın həyata keçirilməsinə dair milli məruzə hazırlayır.
Bu məsələ Türkmənistanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi üzrə İdarələrarası Komissiyanın işçi qrupunun ekspertlərinin növbəti iclasında müzakirə olunmuşdur. Gündəlikdə həmçinin iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakta dair Fakultativ protokolun təqdim edilməsi də nəzərdə tutulur.
Tədbirin təşkilatçıları: Türkmənistanın XİN-i və BMT-nin İnkişaf Proqramı (BMTİP) nümayəndəliyi ilə birgə prezident yanında Milli demokratiya və insan hüquqları institutu. Müzakirədə miqrasiya xidmətinin, yerli hakimiyyət orqanlarının nümayəndələri və vəkillər iştirak edirdilər.
İdarələrarası Komissiya daimi fəaliyyət göstərən məsləhətçi orqan kimi 2007-ci ildə prezident Qurbanqulu Berdıməhəmmədov təşəbbüsü ilə yaradılmışdır. Onun səlahiyyətlərinə insan hüquqları sahəsində BMT Konvensiyalarının həyata keçirilməsinə dair Milli məruzələrin hazırlanması, onların müqavilədə göstərilmiş orqanlara təqdim edilməsi, qanunverici və institusional səciyyəli təkliflərin beynəlxalq normaların tətbiqi çərçivəsində işlənib hazırlanmasıdır.